Ru
13:54 / 01 Aprel 2024

"4 kəndin məsələsi qısa vaxtda həll olunacaq” - Açıqlama

"4 kəndin məsələsi qısa vaxtda həll olunacaq” - Açıqlama
Eye

“Paşinyan artıq 4 kəndin Azərbaycana qaytarılacağı reallığını qəbul edib. Ermənistanın ordu birliklərinin kəndlərdən çəkiləcəyini düşünürəm. Paşinyan Tavuşdakı görüşləri və partiyadaşları ilə müzakirələrdə də dedi ki, 4 kəndin Ermənistana dəxli yoxdur, qaytarılmalıdır. Qaytarılmasa, müharibə, bunun isə Ermənistan üçün ağır nəticələri olacaq. Bunu deməsəydi, düşünmək olardı ki, məsələni uzatmağa çalışır. Bu söz Paşinyanın ağzından çıxıb, demək, məsələnin həlli yaxındır”.

Bu fikirləri politoloq Elxan Şahinoğlu Bakupost.az -a söyləyib.

Onun dediyinə görə, hansısa silahlı qruplaşmalar kəndlərin qaytarılmasına müqavimət göstərsələr, zərərsizləşdiriləcəklər:

“Böyük müharibə də olmayacaq. Biz Qarabağı 44 günə azad etmişik. Bu məsələ daha az vaxtda həll olunacaq. Ermənilər özləri də anlayırlar ki, həmin kəndlər Azərbaycanındır, bizim torpaqlardır. Həmin 4 kəndə görə bizimlə niyə savaşmalıdırlar? Axı orada heç erməni də yaşamır”.

Politoloq qeyd edib ki, hazırda Ermənistan üçün ən münasib yol sözügedən kəndləri qaytarıb qısa müddətdə Azərbaycanla sülhə nail olmaqdır.

Sevinc
BakuPost

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar