Pakistanın Dini İşlər Nazirliyi son illərdə 40 minədək Pakistan vətəndaşının İran, İraq və Suriyadakı dini ziyarətlərdən sonra yoxa çıxdığını açıqlayıb.
Bakupost.az xəbər verir ki, məsələ ilə bağlı “Bəluc Fəallarının Kampaniyası” adlı Teleqram kanalı da sənədlərə və mənbələrə istinadən yaydığı açıqlamada yoxa çıxan zəvvarların İranla əlaqəli olduğunu bildirib. Məlumata görə, bu şəxslərin böyük bir qismi İranın proksi qüvvələrinə – “Zeynəbiyyun” və “Fatimiyun” adlı hərbi qruplaşmalara cəlb olunub.
Kampaniya qeyd edir ki, SEPAH-ın nəzarəti altında fəaliyyət göstərən bu qruplar uzun illərdir Pakistan və Əfqanıstan gənclərini ziyarət adı ilə İrana gətirir, daha sonra isə onları SEPAH-a məxsus hərbi təlim düşərgələrinə yerləşdirərək müxtəlif hərbi və ideoloji təlimlərə cəlb edirlər.
Aysel,
BakuPost
Bu xəbər portalı zəvvar bilmir nədi. Zəvvar Həcc və ya Ümrə ibadətinə gedən adama deyilir. İkinci olaraq şəkildə olanlar Məkkəyə gedir ziyarət etməyə. Allah dünyada 3 məscidi ziyarətə icazə verib. Məkkə, Mədinə, Qüds. O şəkildəkilərin Bu xəbərə aidiyyatı yoxdu. Nəsə paylaşanda Allahdan qorxun.
Yalansa İranın altında əziləsiz! Utanmırsız hər şeyi İranın üstünə yıxmağa?! Əl çəkində İrandan!