Ru
16:15 / 23 Avqust 2025

Paşinyandan Qarabağla bağlı üç etiraf

Paşinyandan Qarabağla bağlı üç etiraf
Eye

Ermənistan Baş naziri Nikol Paşinyan bu gün ölkənin Müstəqillik Bəyannaməsi haqqında danışarkən, ölkəsi və Azərbaycan arasında Qarabağ üzərində yaranmış münaqişə barədə bir sıra etiraflar edib.

Bakupost.az Teleqraf-a istinadla xəbər verir ki, bu barədə erməni politoloq Suren Surenyants bildirib.

Ekspert baş nazirin məsələ ilə əlaqədar üç etirafına diqqət çəkib:

“Nikol bəyannaməni dövlətçilik ideyası ilə müqayisə elədi. Onun SSRİ-nin onilliklər boyu ermənilərin beyinlərinə yeritdiyi sosial-psixoloji ideya nəticəsində formalaşan (separatçı) “Qarabağ” hərəkatının təsiri altında yarandığını bildirdi. Beləliklə, müstəqilliyin əsasının xalqımızın azadlıq iradəsi yox, Moskvanın düşünülmüş planı olduğunu bəyan elədi.

Paşinyan “Qarabağ” hərəkatının SSRİ-nin təhrik etdiyi layihə olduğuna eyham vurdu. Onun fikrincə, SSRİ kitablar, filmlər və tamaşaları ilə bizə “nümunəvi vətənpərvərlik” aşılayıb, bu da hərəkat və bəyannamənin ortaya çıxmasına səbəb olub. Paşinyana görə, “Qarabağ” hərəkatı SSRİ-nin planlaşdırılmış oyunu idi.

Həmçinin baş nazir etiraf etdi ki, 44 günlük müharibənin qarşısını ala bilərdi, amma bunu etməyib. Onun sözlərinə görə, müharibədən qaçmağın yeganə yolu kompromisə getmək idi, amma o, müharibənin kompromisdən daha az müstəqilliyi təhdid etdiyini deyərək, bu yoldan imtina edib.

Surenyants Paşinyanın etiraflarını Ermənistan üçün “təhlükəli” adlandırıb.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar