Ru
18:33 / 23 Avqust 2025

Hazırlığa getmədən 637 bal yığdı - Hüquqşünas olacaq

Hazırlığa getmədən 637 bal yığdı - Hüquqşünas olacaq
Eye

Samux rayonunun Əhmədbəyli kənd sakini, Mirzəyeva Fidan İlqar qızı qəbul imtahanında yüksək nəticə göstərib.

Bamupost.az xəbər verir ki, bu haqda sosial şəbəkələrdə məlumat yayılıb.

Qeyd edilir ki, o, heç bir repetitor yanına getmədən 637 bal toplayıb.

Milli Qəhrəman Eltun İsgəndərov adına Əhmədbəyli kənd tam orta məktəbinin məzunu kiçik yaşlarından hüquqşünas olmaq arzusunu həyata keçirmək üçün əzmlə çalışıb.

Hətta, seçimlərdə yalnız bu ixtisası qeyd edib.

Nəticədə Bakı Dövlət Universitetinin (dövlət sifarişi əsasında) Hüquq fakültəsinə qəbul olub.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar