Ru
21:39 / 23 Avqust 2025

Səfir: "Türkiyə Ukraynaya qoşun göndərməyə hazırdır"

Səfir: "Türkiyə Ukraynaya qoşun göndərməyə hazırdır"
Eye

Türkiyə müharibədən sonra Qara dənizin minalardan təmizlənməsinə qoşulmağa hazırdır.

Bakupost.az xəbər verir ki, bu barədə Ukraynanın Türkiyədəki səfiri Nəriman Cəlal telemarafonun efirində deyib.

Səfir bildirib ki, Ankara təhlükəsizlik zəmanətləri çərçivəsində Ukraynaya qoşun yeritməyi də nəzərdən keçirir.

"Dünən müdafiə naziri Yaşar Güler ilə görüşdüm, çox səmimi və məhsuldar söhbətimiz oldu. Türkiyə yaxın vaxtlarda Qara dənizin minalardan təmizlənməsi əməliyyatına qoşulmağa hazırdır", - diplomat vurğulayıb.

Türkiyə tərəfi dənizlə yanaşı, humanitar mülki torpaqların minalardan təmizlənməsində iştirak təkliflərini də nəzərdən keçirir. Cəlal həmçinin xatırladıb ki, Türkiyə təhlükəsizlik zəmanətlərinin verilməsi çərçivəsində Ukraynaya qoşun göndərməyə potensial olaraq hazır olan 10 ölkədən biridir.

"Biz Türkiyənin bu cür addımlarını alqışlayırıq", - səfir əlavə edib.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar