Ru
20:18 / 23 Avqust 2025

Ukrayna Rusiyaya qarşı sanksiyalar siyahısını genişləndirdi

Ukrayna Rusiyaya qarşı sanksiyalar siyahısını genişləndirdi
Eye

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya və onu dəstəkləyənlərə qarşı sanksiya tətbiq edilməsi haqqında fərmanı imzalayıb.

Bakupost.az xəbər verir ki, Ukrayna Prezidenti bu barədə "Telegram" kanalında yazıb.

"Sanksiya tətbiqini davam etdiririk. Bu gün iki fərman imzaladım. Birincisi, Ukraynada tərəfdaşların, xüsusilə Kanadanın sanksiyalarının sinxronizasiyası. Bu, Rusiyanın döyüş əməliyyatlarını dəstəkləyən 139 fiziki və hüquqi şəxsə qarşı Kanada tərəfindən tətbiq olunan sanksiyalarının 100% sinxronizasiyasıdır", – deyə paylaşımda bildirilib.

Rusiyaya müharibəni davam etdirməyə kömək edən hər kəsin dünya ictimaiyyətinin real təzyiqini öz üzərində hiss etməli olduğunu vurğulayan Zelenski qeyd edib:

"Bu gün imzaladığım ikinci fərman torpaqlarımızda işğal rejimini davam etdirməkdə ruslara kömək edən və faktiki olaraq, Rusiya dövlətini maliyyələşdirən müxtəlif ölkələrin 28 vətəndaşına qarşı sanksiyadır".

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar