Lerikdə torpaq sürüşməsi baş verib.
Bakupost.az xəbər verir ki, hadisə rayonun Çayrud kəndində qeydə alınıb.
Belə ki, ərazidə istinad divarlarının inşası zamanı torpaq layı kənd sakini İnşəllah Mirzəyevə məxsus yaşayış evinə doğru sürüşüb.
Hadisə yerinə gələn Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları evin hər an uçmaq təhlükəsi ilə üzləşdiyini bildiriblər.
Bu səbəbdən evin ətrafındakı istinad divarının tikintisi də dayandırılıb.