Ru
17:19 / 23 Avqust 2025

Terrora çağırışa görə bloger Markaryana qarşı cinayət işi açıla bilər

Terrora çağırışa görə bloger Markaryana qarşı cinayət işi açıla bilər
Eye

Moskva prokurorluğu erməniəsilli rusiyalı bloger Arsen Markaryana qarşı terrorizmə çağırış ittihamı ilə cinayət işi qaldıra bilər.

Bakupost.az xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.

Məlumata görə, belə çağırışlar Markaryanın müsahibələrinin birində səslənib.

“Bloger terrorizmin ideologiyası və praktikasının düzgünlüyünə dair qəti mövqe formalaşdıraraq, Rusiya ərazisində və ölkə vətəndaşlarına qarşı dronlardan istifadə edərək terrora çağırışlar edib”, - Moskva prokurorluğu bildirib.

Markaryana qarşı terrora açıq çağırışlara görə işin başlanması məsələsinin həlli üçün materiallar istintaq orqanlarına göndərilib.

Rusiyada bu maddəyə görə 5 ilə qədər həbs cəzası nəzərdə tutulur.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar