Ru
11:56 / 06 Dekabr 2022

"5 il vaxtını öldürüb gəlirlər" - Deputat səfirləri tənqid etdi

2231
“Ötən iclasda Fransa Milli Milli Assambelyasının qəbul etdiyi qərara hamılıqla münasibət bildirdik və orda 256 deputatın səsvermədə etdiyi yaramazlıqlara çox sərt reaksiya ortaya qoyduq. Lakin biz özümüzə aid olan yarıtmazlıq barədə danışmağı unutduq”.

Bakupost.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Fazil Mustafa deyib.


“Bu yarıtmazlıq nədən ibarətdir? İstər Fransa, istər Belçika, istər Almaniya və ya digər ölkələr olsun, necə olur ki, bir parlamentdə 256 nəfər Azərbaycanın əleyhinə səs verir, bir nəfər belə Azərbaycanın lehinə çıxmır? 30 ildir, orda diplomatik korpusumuz fəaliyyət göstərir. Yəni bu səfirlərin bir, iki şəxsi dostu, münasibət quracağı 5-6 adam da yoxdur? Yəni hamı ermənilərin təsiri altındadır? Ermənilər kimi kiçik bir xalq hamını ələ alıb? Bu, inandırıcı gəlmir. Biz özümüzə aid olan bir sıra məsələləri həll etmədiyimizə görə problemlər yaşayırıq. Bir çox halda bu sahədəki bəzi insanlar qabiliyyətinə görə yox, qabiliyyətsizliyə görə irəli, daha yuxarı vəzifələrə çəkilir”, - deyə deputat diqqətə çatdırıb.

Fazil Mustafa qeyd edib ki, dövlət büdcəsindən 20 Yanvar qırğını, Xocalı soyqırımı ilə bağlı tədbirləri keçirməyə və Azərbaycanı tanıtmağa pul ayrılır: “Lakin Azərbaycanı bu formada tanıtmağa nə ehtiyac var? Elə Azərbaycanın Prezidenti öz çıxışı, davranışı, apardığı müzakirələrlə ölkəmizi ən yüksək səviyyədə tanıdır. Bunun ayrı-ayrı adamlar tərəfindən edilməsinə ehtiyac yoxdur. Ayrı-ayrı ölkələrdə fəaliyyət göstərən diplomatik korpusumuz həmin ölkələrdə olan səlahiyyətli şəxslər, ictimai fikrə təsir edə biləcək adamlarla əlaqə qurmağı bacarmalıdır. Bir çoxu isə bu qabiliyyətdən məhrumdur. Sadəcə, 5 il vaxtını öldürüb gəlirlər. Onların nə işlə məşğul olduğu soruşulmur?”
Şərhlər
  • Fazil bəyə

    Polad,Axundova,Abdullayeva (Rusiya,Ukrayna,Fransa )və digərləri hansı icrisasına,diplimatik fəaliyyətinə,rəcrübəsinə əsasən səfir təyin edilirlər.Fazil bəy sanki yuxudan yeni ayılıb Amerika kəşf edib.Ölkədə yerlər istək üzrə doldurulur.Ona görə bu gündəyik.Bekə getsə Allan bizi qieusun.

  • Məmmədov Ağakamal

    Fazil bəyə təşəkkürümü bildirirəm. Onun dedikləri aksiomadır.

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər