Ru
09:31 / 13 Aprel 2024

50 il sonra müsəlman oldu: məhşur samboçunun həyat hekayəsi - VİDEO

4529
Məşhur sambo məşqçisi, idmançı Vitali Opuşkin 50 il sonra müsəlman olub.

Bakupost.az xəbər verir ki, o, daha sonra Müslimzadə Hacı Məhəmməd adına keçdiyini bildirib:

"Öncə Vitali Opuşkin, hazırda isə Müslimzadə Hacı Məhəmməd. Mən keşləli balasıyam. 11 il Almaniyada, 4 il Kanadada yaşamışam. Orada məşqçi kimi işləmişəm. Mənim dostlarım hamısı azərbaycanlılar olub. 11-12 yaşlarından samboya qatılmışam. Mənə SSRİ-də sambonun yaradıcısı Anatoliy Arkadio Çarlanbır "Azərbaycan pələngi" adını verdi. Axırıncı dəfə Şotlandıyada 69 yaşımda güləşmişəm. Əsl idmançı siqaret çəkməz, içki içməz".


İdmançı İslam dinindən də danışıb:


"Namaz İslamın açarıdır, sütülüdür. Mən İslama 50 yaşında gəldim. Artıq uşaq deyildim. İslam çox gözəl dindir. Hər gün məsciddə oluram. 26 ildir ki, oruc tuturam. 3 dəfə Məkkədə olmuşam".

Ətraflı videoda:


Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər