Hansı bank etibarlıdır? - SORĞU
Ru
15:28 / 27 Noyabr 2024

"65 yaşlı müəllimlərə haqsız yanaşılır" - Ekspert

798
"Yaşa görə verilən təqaüd yüksək deyil. Ən yüksək staja malik olan müəllim təbii ki, 400 manatdan yuxarı təqaüd almayacaq. Bu, işlədiyi müddətdə onun aylıq gəlirinə ciddi təsir edəcək. Həqiqətən də təhsil işi digər sahələrə bənzəmir. Doğrudur, bunun da zehni, psixoloji, fizioloji yorğunluğu olur. Ancaq təhsil mühitindən uzaqlaşmaq müəllim üçün o qədər də asan deyil. Bu, ikiqat çətindir və 65 yaş elmi fəaliyyət, tədris üçün o qədər də bitkin yaş hesab olunmamalıdır”.

Bunu Bakupost.az -a təhsil məsələləri üzrə tədqiqatçı Elmin Nuri deyib.

O bildirib ki, pedaqogikanın özünün metodiki və psixoloji çalarları var. Həmin çalarlara görə 65 yaşlı müəllim tədris mühiti üçün o qədər də uyğunsuz ola bilməz:

“Təbii ki, biz istisnaları saya bilərik, amma o, istisnaları nəzərə alsaq, hətta 35-50 yaşlı müəllimlər var ki, onları tədris üçün uyğunsuz görə bilərik. Yəni belələri psixoloji cəhətdən hazır deyil, yeni tədris mühitini sevmir. Bu, onun psixologiyasına təsir edir, dərs prosesini, pedaqoji işin təşkilini yola verir. Bu insanlar uzaqlaşdırılmalıdır. Bütün ömrünü təhsilə həsr edən 65 yaşlı müəllimlərə isə bir az haqsız yanaşılır. Qanun qanundur, kimsə sahəsindən asılı olmayaraq, qanundan üstün ola bilməz. Amma bu yaş bir pedaqoqun kamillik zirvəsinə çatdığı bir yaşdır. İnanıram ki, gələcəkdə bu nəzərə alınacaq, ən azından 65+5 düsturundan istifadə olunacaq”.

Ekspert qeyd edib ki, sertifikasiya ilə bağlı qərarda yaşı 60-dan yuxarı olan müəllimlərin iştirakı könüllü idi, yəni istəsələr iştirak etməyə də bilərdilər:

"Amma bəziləri var ki, iştirak etdilər və yaxşı nəticə göstərdilər. Eyni qaydanı daha yüngül şəkildə 65+5 formatı üçün dı edə bilərik. Demirəm ucdantutma hamını saxlayaq, amma onları yoxlayaq. Bu, o qədər də çətin proses deyil. Yoxlamadan sonra uyğun olan şəxsləri məktəb üçün qoruyaq".



Qeyd edək ki, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən (MÜTDA) bildirilib ki, ümumitəhsil müəssisələrində çalışan müəllimlər 65 yaşına çatdıqları zaman əmək müqavilələrinə xitam verilir. Lakin bəzi istisna hallarda bu müqavilə uzadıla bilir. Mövcud qanunvericiliyə əsasən, əgər ümumi təhsil müəssisəsində 65 yaşına çatmış müəllimin fəaliyyətini davam etdirməsinə zərurət varsa, müəssisə təhsilverənin razılığı ilə onun çalışma müddətinin uzadılması barədə qərar qəbul etmək hüququna malikdir:

“Dövlət ümumi təhsil müəssisələrində çalışmanın yaş həddi 65-dir. Dövlət büdcəsindən maliyyələşən müəssisənin 65 yaşına çatmış işçisinin həmin müəssisədə çalışma müddəti müvafiq dövlət müəssisəsinin rəhbəri tərəfindən uzadıla bilər”.

Sevinc,
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar