Ru
00:59 / 03 Avqust 2024

70 yaşlı kişi boşandı, maşınını yandırdı - FOTO

70 yaşlı kişi boşandı, maşınını yandırdı - FOTO
Eye

Şəmkir minik maşını qəsdən yandırılıb.

Bakupost.az APA-ya istinadla xəbər verir ki,hadisə rayonun Qədimqala kəndində qeydə alınıb.

Kənd sakini olan 70 yaşlı kişi özünə məxsus “HAVAL” markalı minik avtomobilini yandırıb. Dərhal əraziyə Fövqəladə Hallar Nazirliyinin Şəmkir rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən maşınları və canlı qüvvəsi cəlb olunub.

Yanğın zamanı minik avtomobilinin yanar hissələri tamamilə yanaraq külə dönüb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Minik avtomobilinin yandırılmasının bəzi təfərruatları məlum olub. Belə ki, ev sahibi 70 yaşlı Qədimqala kənd sakini arvadından boşanıb. 70 yaşlı kişinin həyat yoldaşı 1956-ci il təvəllüdlü Sədaqət Həsənova ondan pay istəyib. Bundan sonra onların arasında mübahisə düşüb. Mübahisədən sonra ev sahibi olan yaşlı kişi həyətinda olan minik maşına od vuraraq yandırıb. Baş vermiş hadisə ilə bağlı araşdırma aparılır.



Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar