Ru
06:31 / 22 İyun 2025

Parlament sədrinin müşaviri: Fordo nüvə obyekti zərbədən əvvəl təxliyə edilmişdi

Parlament sədrinin müşaviri: Fordo nüvə obyekti zərbədən əvvəl təxliyə edilmişdi
Eye

İranın İslam Şurası Məclisi (parlament) sədrinin strateji məsələlər üzrə müşaviri Mehdi Məhəmmədi Fordo nüvə obyektinin ABŞ-nin zərbəsindən əvvəl təxliyə edildiyini açıqlayıb.


“Report” xəbər verir ki, bu barədə müşavir sosial şəbəkədə yazıb.

“İran artıq bir neçə gecə idi ki, Fordoya hücum gözləyirdi. Obyekt çoxdan təxliyə edilib və hücum nəticəsində də bərpaedilməz zərər almayıb. İki şey şübhəsizdir: birincisi, biliyi bombalamaq mümkün deyil, ikincisi, avantürist bu dəfə uduzacaq”, – o qeyd edib.

Xatırladaq ki, daha əvvəl Tramp İranın Fordo, Nətənz və İsfahandakı nüvə obyektlərinə uğurlu zərbələr endirildiyini açıqlamışdı.

Daha sonra Qum ostanının administrasiyası “Fordo nüvə obyektinin ərazisinin” hücuma məruz qaldığını etiraf etmişdi.

Şərhlər
  • Bəhrami

    Obyektin bir, ya bir neçə aya köçürülməsi mümkün deyil? Bu mühüm, bizim ölkəmiz üçün hədsiz təhlükə mənbəyindən xəbərləri *Report* və digərləri necə alır və ya KİMlər necə tərcümə edib, yayımlayırlar? Tam xəbərsiz zərbələrdən öncə işçilər-təhlükə ehtimalı ilə təxliyyə olunar?! Dəyərli-günahsız mütəxəssisləri elə evlərində də qətlə yetirirlər? Tarixi əsir-general Paulsa Stalin haqq-ədaləti izah edib, bilgi-hərbi məsləhətlər almasaydı SSRİ nəinki Qalib gələcəkdi, bəlkə heç dönüş-irəliləyiş olmayacaqdı?

Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar