Ru
18:21 / 08 İyul 2025

77 yaşlı kişinin evindən 10 maşın zibil çıxdı - VİDEO

77 yaşlı kişinin evindən 10 maşın zibil çıxdı -  VİDEO
Eye

Ufada məhkəmə icraçıları 77 yaşlı kişinin həyətini və evini zibil qalıqlarından zor gücünə təmizlədiblər.

Bakupost.az xəbər verir ki, bu barədə Başqırdıstan Respublikası üzrə Federal Təhlükəsizlik Xidmətinin rəsmi Telegram kanalında məlumat verilib.

"77 yaşlı ufalı illərlə müxtəlif əmlakları toplayıb və həyətində qalaqlayıb. Zaman keçdikcə bu əşyalar o qədər çoxalıb ki, evdə öz sahibinə yer qalmayıb. Ancaq o, bu həvəsindən əl çəkməyib, "muzey"ini hər gün yeni "eksponat"larla doldurub", - xəbərdə deyilir.

Məhkəmə icraçıları bildiriblər ki, 2023-cü ildə təqaüdçü az qala öz əşyaları və zibilləri arasında boğulacaqdı. Qonşular qışqıraraq təcili yardım çağırıblar. Xilasedicilər onu zibil qalıqlarının arasından tapıblar. Onlar bəzi əşyaları çölə ataraq ona kömək ediblər, lakin tezliklə təqaüdçü yenilərini gətirib.

Qonşuların dediyinə görə, qocanın ucbatından onların həyətində siçan, siçovul və tarakanlar var. Yerli sakinlər kişidən qaçmağa və onun evindən yan keçməyə çalışırlar.

Zaur,
BakuPost


77 yaşlı kişinin evindən 10 maşın zibil çıxdı -  VİDEO
Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar