Ru
18:02 / 12 Noyabr 2026

Azərbaycanın avtomobil sənayesində kəskin təzad: Minik maşını azalır, yük maşını çoxalır

Azərbaycanın avtomobil sənayesində kəskin təzad: Minik maşını azalır, yük maşını çoxalır
Eye

Azərbaycanda minik avtomobillərinin istehsalı 19,6% azaldığı halda, yük avtomobillərinin istehsalı 142,5%, ictimai nəqliyyat vasitələrinin istehsalı isə 53,5% artıb. Bu fərqli dinamika yerli avtomobil sənayesinin ayrı-ayrı istiqamətlərində fərqli inkişaf meyllərinin olduğunu göstərir.

Nəqliyyat üzrə ekspert “Bakupost”a bildirib ki, minik avtomobillərinin istehsalının azalması, yük avtomobilləri və avtobus istehsalının artması sənayenin müxtəlif sahələrində fərqli inkişaf dinamikası ilə bağlıdır.

Onun sözlərinə görə, minik avtomobillərinin yerli bazarda mövqeyini gücləndirə bilməməsinin əsas səbəbləri qiymət, keyfiyyət və rəqabət qabiliyyəti ilə bağlıdır. İstehlakçılar yerli istehsal avtomobillərini idxal olunan modellərlə müqayisə edir və seçimlərini bundan sonra edirlər.

Ekspert qeyd edib ki, yük avtomobilləri və avtobus istehsalındakı artım müsbət tendensiyadır və ölkədə bu sahələr üzrə istehsal imkanlarının genişləndiyini göstərir.

Onun fikrincə, avtomobil sənayesinin inkişafı üçün əsas hədəf yalnız istehsal həcmini artırmaq olmamalıdır. Eyni zamanda, yerli komponentlərin istehsaldakı payı yüksəldilməli, bazarın tələblərinə cavab verən və rəqabətqabiliyyətli məhsullar hazırlanmalıdır.

Vüsalə Hüseynova,
BakuPost

Şərhlər
This site is protected by reCAPTCHA.
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar