Ru
12:25 / 19 Mart 2024

"ABŞ-Azərbaycan münasibətlərini pozmağa çalışırlar" - Açıqlama

2085
“Ermənistana himayədarlıq edən qüvvələr ölkəmizin Avropa İttifaqı və ABŞ ilə münasibətlərini pozmağa çalışırlar. Ancaq buna baxmayaraq, ABŞ ilə Azərbaycan arasında münasibətlərin bugünkü vəziyyəti təqdir olunmalıdır”.




Bunu Bakupost.az -a politoloq İlyas Hüseynov bildirib.

Onun sözlərinə görə, ABŞ bu gün Cənubi Qafqazda Azərbaycanın yerini və rolunu düzgün qiymətləndirir, praqmatik strateji baxış ortaya qoyur:

“Azərbaycan bölgədə kilid nöqtədir. Ölkəmiz üzərindən Mərkəzi Asiyaya çıxmaq və geostrateji planları həyata keçirmək mümkündür. Bu iş isə yalnız əlverişli əməkdaşlıq, maraqların uzlaşdırılması, sülh, təhlükəsizlik və sabitlik əsasında qurula bilər. Əks təqdirdə əlbəttə ki, heç bir əməkdaşlıqdan söhbət gedə bilməz”.

Politoloqun sözlərinə görə, bu ilin payızında ölkədə BMT mandatı altında COP29 tədbiri keçiriləcək. Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Prezident İlham Əliyevin ABŞ-nin dövlət katibi də daxil olmaqla yüksək vəzifəli şəxsləri ilə görüşündə də Amerika tərəfindən Azərbaycana COP29 müstəvisində hərtərəfli və lazımi dəstəyin verilməsinə dair fikirlər bildirilib:


“Bütün bunlar həm də məhz COP29 və ondan sonrakı mərhələdə ABŞ ilə Azərbaycan arasında münasibətlərin daha möhkəm və dayanıqlı olacağını proqnozlaşdırır”.

Sevinc
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər