Ru
21:50 / 08 Aprel 2024

ABŞ-da Günəş tutulması müşahidə olunacaq

2270
Bu gün ABŞ-ın şərq ştatlarında və Kanadanın cənub-şərqində tam Günəş tutulması müşahidə olunacaq.

Bakupost.az xəbər verir ki, tam Günəş tutulması Meksika, Kanada və ABŞ-ın 13 ştatında görünəcək, aypara şəkilli qismən Günəş tutulmasının isə hava şəraiti ilə əlaqədar olaraq 49 ştatda müşahidə ediləcəyi gözlənilir.

Bir neçə gündür ABŞ-da milyonlarla insan təbiət hadisəsini izləmək üçün tutulmanın göründüyü ərazilərə axın edir.

NASA-nın məlumatına görə, məkandan asılı olaraq, qismən tutulma 70-80 dəqiqə arasında davam edə bilər. Məlumatda o da, qeyd olunur ki, bu, son 7 ildə Şimali Amerikadan keçən ilk tam Günəş tutulmasıdır.

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər