Ru
11:35 / 02 May 2024

ABŞ-də dəhşətli qətl: Öldürdüyü adamın qulağını və gözünü yedi

1688
ABŞ-nin Nevada ştatında baş verən dəhşətli qətl qan dondurub.

Bakupost.az xəbər verir ki, Las-Veqasda Kolin Çex adlı 31 yaşlı kişi naməlum səbəbdən şəhərin mərkəzindəki avtobus dayanacağında Kennet Braunla mübahisə etməyə başlayıb.

Mübahisə qısa müddətdə böyüyərkən Çex dalaşdığı şəxsi başını betona vuraraq öldürüb.

Hadisəyə polis müdaxilə edib və Çex nəzarətə götürülüb, Braunun cansız bədəni isə yarılma üçün xəstəxanaya aparılıb.

Müayinə zamanı meyitin kəllə sümüyündə dərin yarığın olduğu, bir gözünün və qulağının olmadığı müəyyən edilib.

Araşdırmalar nəticəsində məlum olub ki, Çex öldürdüyü şəxsin qulağını və gözünü yeyib.

Çex polisə verdiyi ifadəsində həmin şəxsin ona hücum etdiyini, evsiz olduğunu və 5 gündür yatmadığını bildirib.

Las Veqas Ədalət Məhkəməsində mühakimə olunan şübhəlinin məhkəmə prosesi davam edir.


Elnur
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər