Ru
13:35 / 23 Noyabr 2023

ABŞ-ın ən ucuz avtomobili: 12 illik Jeep cəmi üç dollara satıldı - FOTO

4675
ABŞ-da 2011-ci il istehsalı olan Jeep Liberty avtomobili Copart hərracında satılıb.

Bakupost.az xəbər verir ki, "Avto24" ABŞ-ın auksion məlumat bazasına istinadən görünən zədəsi olmayan avtomobili sahibinin cəmi 3 dollara satdığını bildirib. Bu, ABŞ-dan ən ucuz avtomobildir.

Bir qayda olaraq, Copart avtomobilləri qəzadan sonra satır. Lakin hərraca çıxarılan Jeep Liberty zədələnməyib. Onun üstündə bir cızıq belə yoxdur.

Məlum olub ki, avtomobil sel nəticəsində zədələndiyi üçün problemli olub. Bu "batmış avtomobil"in mühərriki işə düşmür. Çox güman ki, o, hissələrə ayrılacaq.

Əlbəttə, Jeep Liberty-nin yalnız təkər disklərinin qiyməti 3 dollardan bahadır. Belə aşağı qiymət, modelin olduqca nadir olması və onun üçün ehtiyat hissələrinin tapılmaması ilə əlaqədardır.

Bundan əlavə, batan avtomobil hazırda Havay adalarındadır. Onu ABŞ-ın digər ştatlarına daşımaq baha başa gəlir. Havayda işlənmiş avtomobil bazarı isə o qədər də böyük deyil.

Xatırladaq ki, Jeep Liberty dördüncü nəsil Cherokee modelinin Amerika versiyasıdır. 2008-2012-ci illərdə istehsal olunub. Bu xüsusi avtomobili 210 at gücü hasil edən 3,7 litr benzin işlədən V6 mühərriki ilə və 4 pilləli avtomatik transmissiya ilə təchiz edilib.

Qeyd edək ki, bundan əvvəl ABŞ-da cəmi 20-25 dollara avtomobillər satılıb.




Zaur
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər