Ru
00:05 / 27 Mart 2024

"ABŞ kəndlərin qaytarılması üçün Paşinyana təzyiq edir" - Politoloq

2658
“Nikol Paşinyan çox yaxşı bilir ki, 4 kənd məsələsi bütün danışıqlar prosesində olub. Bunu sabiq xarici işlər naziri Elmar Məmmədyarov da qeyd etmişdi. İndi isə Paşinyana Amerika, Türkiyə və Azərbaycan tərəfindən təzyiqlər var ki, həmin kəndlər qaytarılmalı, delimitasiya və demarkasiya prosesi başlamalıdır”.




Bunu Bakupost.az -a açıqlamasında politoloq Məhəmməd Əsədullayev deyib.

O bildirib ki, Paşinyan müharibə variantının onlar üçün məğlubiyyətlə nəticələnəcəyini dərk edir:

""Mülki müqavilə" fraksiyasının deputatları hesab edir ki, həmin kəndlər danışıqlar yoluyla Azərbaycana təhvil verilərsə, radikal qüvvələr ayağa qalxar. Necə ki, bir qrup revanşist qüvvələr polis məntəqəsinə hücum etdilər. Paşinyan isə müharibəyə getmir. Çünki, o, Ermənistan ordusunun müharibəyə hazır olmadığını və Azərbaycan Ordusunun güclü olduğunu bilir. Onun bu qənaəti reallığa söykənir. Paşinyan bildirir ki, biz Azərbaycana Ermənistan ərazisindən kənd vermirik, bu kəndlər Azərbaycana aiddir, ona görə də onlar müharibə yoluyla deyil, danışıqlar yoluyla təhvil verilməlidir. O, bu danışıqları aparmaqla müharibə məsələsini sıfırlamaq istəyir".

Politoloq qeyd edib ki, buna baxmayaraq, Ermənistanda revanşist qüvvələr bunun əleyhinə çıxır. Onlar hətta silah-sursat da əldə ediblər:

"Hazırda Paşinyan onların həbs edilməsi istiqamətində işlər həyata keçirir ki, kəndlər qaytarılarkən Ermənistanda hər hansı xaos olmasın”.


Qeyd edək ki, Ermənistanın baş naziri Nikol Paşinyan parlamentin “Mülki müqavilə” fraksiyasının deputatları ilə növbəti qapalı görüşünü keçirib. O, görüş zamanı Azərbaycana məxsus 4 yaşayış məntəqəsinin geri qaytarılmasının vacibliyini vurğulayıb.

Vasif Əlihüseyn
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər