ABŞ İsrail və İran arasında münaqişə fonunda təyyarədaşıyan gəmisini Cənubi Çin dənizindən qərbə köçürür.
Bakupost.az xəbər verir ki, bu barədə Reuters bildirib.
Qeyd olunur ki, təyyarədaşıyan gəminin Vyetnamın Dananq limanına girişi “ortaya çıxan əməliyyat ehtiyacları” səbəbindən ləğv edilib.
İranın İSNA agentliyi isə ABŞ-nin yanacaq dolduran təyyarələrinin Atlantik okeanına çıxarıldığını bildirib.
"ABŞ-də təyyarələrin İsrailin İrana qarşı davam edən müharibəsində istifadə oluna biləcəyi ilə bağlı fərziyyələr var", - xəbərdə deyilir.
Zaur, BakuPost