Ru
17:55 / 30 Mart 2023

Abşeronda ağacəkmə aksiyası keçirildi - FOTO

2118
Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi münasibətilə Abşeron rayonunda təşkil olunan silsilə tədbirlər çərçivəsində Ulu Öndərin unudulmaz xatirəsinə ağacəkmə aksiyası keçirilib.

Bakupost.az xəbər verir ki, tədbirdə Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, rayonun hüququ-mühafizə orqanlarının, idarə və təşkilatların rəhbərləri, YAP Abşeron Rayon Təşkilatının sədri, şəhid ailələri və qazilər iştirak edib.


Gənclərin və könüllülərin də fəal qatıldığı aksiyada 1000-ə yaxın ölkəmizin iqlim şəraitinə uyğun və dözümlü, dekorativ cəhətdən yaraşıqlı Eldar şamı və zeytun kimi həmişəyaşıl ağaclar əkilmişdir. Əkilən hər bir ağacın küləkdən qorunması üçün bərkidilmə işləri həyata keçirilib, normal böyüməsi üçün mineral gübrələrdən və digər lazımi vasitələrdən istifadə edilib, yeni salınmış yaşıllıq zonasının daimi suvarılmasını təmin etmək məqsədilə suvarma şəbəkəsi qurulub.

Bundan əlavə Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi münasibətilə cari ilin yanvar ayından etibarən rayonun bütün kənd və qəsəbələrində ağacəkmə aksiyaları keçirilib, yeni yaşıllıq sahələri salınıb, mövcud yaşıllıqlara isə daimi qulluq göstərilib.
Abşeronda ağacəkmə aksiyası keçirildi - FOTO
Abşeronda ağacəkmə aksiyası keçirildi - FOTO
Abşeronda ağacəkmə aksiyası keçirildi - FOTO
Abşeronda ağacəkmə aksiyası keçirildi - FOTO
Abşeronda ağacəkmə aksiyası keçirildi - FOTO
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər