Ru
15:15 / 26 Mart 2026

İcra başçısına beynəlxalq təşkilatda vəzifə verildi

İcra başçısına beynəlxalq təşkilatda vəzifə verildi
Eye

Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı, Azərbaycan Kikboksinq Federasiyasının fəxri prezidenti Adil Əliyev beynəlxalq vəzifəyə təyin olunub.

Bakupost.az xəbər verir ki, o, “WAKO”nun (Dünya Kikboksinq Təşkilatları Assosiasiyası) Beynəlxalq İnkişaf Komitəsinin üzvü seçilib.

Bu təyinat Adil Əliyevin kikboksinq idman növünün Azərbaycanda və regionda inkişafına verdiyi töhfələrin beynəlxalq səviyyədə yüksək qiymətləndirilməsi kimi dəyərləndirilir.

Qeyd olunur ki, Beynəlxalq İnkişaf Komitəsinin əsas fəaliyyəti kikboksinqin dünya üzrə inkişaf etdirilməsi, ölkələr arasında əməkdaşlığın gücləndirilməsi, idman vasitəsilə qarşılıqlı anlaşmanın təşviqi və beynəlxalq yarışların təşkili istiqamətlərini əhatə edir.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar