Ru
13:12 / 04 May 2022

Ağsuda məktəbdə bomba həyəcanı - Polislər hərəkətə keçdi

Ağsuda məktəbdə bomba həyəcanı - Polislər hərəkətə keçdi
Eye

Mayın 4-də saat 04.50-də DİN-in “102 - Zəng Mərkəzi”nə mobil telefondan zəng edən şəxs “Ağsu rayonunun Ərəbuşağı kəndindəki orta məktəbdə bomba var” deyərək telefonu qapadıb.

DİN-dən Bakupost.az -a verilən məlumata görə, Ağsu Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilmiş və məlumat təsdiqini tapmayıb.

Araşdırmalarla telefon zənginin Ərəbuşağı kənd sakini, ruhi xəstə, 23 yaşlı Füzuli Nizamlı tərəfindən edilməsi müəyyən olunub. Əməliyyat-axtarış tədbirləri nəticəsində o, saxlanılıb.

Araşdırma aparılır.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar