ABŞ Prezidenti Donald Tramp İran neftinin ABŞ tərəfindən nəzarətə götürülə biləcəyini bildirib.
“Bakupost” xəbər verir ki, Tramp bu yanaşmanı ABŞ-nin Venesuelanın neft ehtiyatlarının bir hissəsinə nəzarəti ələ keçirmək cəhdi ilə müqayisə edib.
Tramp İran müharibəsinin bu il, hətta noyabrda keçiriləcək aralıq seçkilərindən dərhal sonra başa çata biləcəyini deyib. O, müharibə bitdikdən sonra benzin qiymətlərinin kəskin ucuzlaşacağını bildirib.
Tramp həmçinin İranla yalnız “doğru razılaşma” əldə edəcəklərini və Tehranın sülh danışıqları üçün müraciət etdiyini iddia edib. İran isə bu iddianı daha əvvəl rədd edib.
Vüsalə Hüseynova,
BakuPost