Ru
13:13 / 06 İyun 2024

Aksiyalar gözlənilən nəticəni vermir... - Arif Əliyev

956
Ermənistanın “Vətən uğrunda” hərakatının üzvləri dünən Göyçə mahalında mitinq keçiriblər. Keşiş Baqrat Qalstanyan yaxın gələcəkdə Zəngəzura da getmək niyyətində olduğunu bildirib. B.Qalstanyan iyunun 9-da növbəti mitinqin anonsunu verib.




Bakupost.az -a açıqlamasında “Yeni Nəsil” Jurnalistlər Birliyinin sədri Arif Əliyev bildirib ki, Baqrat Qalstanyanı önə verən qüvvələr ölkədəki vəziyyətin nə qədər ciddi olduğunun fərqindədir:


“Baqrat Qalstanyanı önə çıxardan qüvvələr başa düşürlər ki, Ermənistanda siyasi məsələləri həll etmək üçün bu bəlkə də sonuncu şansdır. Ona görə də indiki çox həssas bir mərhələdə bacarıqlarını ortaya qoyublar, diasporların da, kilsənin də, siyasi müxalifətin gücündən də istifadə edirlər. Amma ümumilikdə biz görürük ki, bütün bunlar gözlənilən və hesablanan o nəticəni vermir. Hər halda əhalinin böyük əksəriyyəti bu adamların arxasınca getmir. Ona görə də bütün bunlar ironik, provakasion mahiyyət kəsb etməyə başlayıb. Onlar xaricdən, Rusiyadan dəstəyi və iştirakı görə bilmirlər”.


Vasif Əlihüseyn
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər