“Otuz il ərzində işğal dövründə Qarabağda Ermənistan dövləti bir daşı daş üstə qoymamışdır, bir bina tikməmişdi, ancaq öz yırtıcı, rüşvətxor və qaniçən rəhbərləri üçün villalar, imarətlər tikmişdir”.
“Bakupost” xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Bakıda beynəlxalq konfransların iştirakçıları ilə görüşündə deyib.
“İndi gedib görərsiniz, biz 4-5 il ərzində bütün o böyük ərazini, - təqribən 15 min kvadratkilometrə yaxın olan ərazi, – yəni bir ölkə boyda ərazini hansı hala gətirdik. Onu özünüz görərsiniz”.