Ru
22:34 / 15 Sentyabr 2026

43 milyonluq toy qalmaqalı - “Həyat yoldaşım dəbdəbəli həyatını aldığı borcla yaşadı"

43 milyonluq toy qalmaqalı - “Həyat yoldaşım dəbdəbəli həyatını aldığı borcla yaşadı"
Eye

Sosial mediada “Çağla Öz” adı ilə tanınan Çağla Öz Tançalan və “Vanlı Kara Haydar” kimi tanınan Mehmet Fatih Tançalanın Van şəhərində keçirilən dəbdəbəli toyundan yayılan görüntülər böyük rezonans doğurub.

"Bakupost" Musavat.com-a istinadən xəbər verir ki, toy görüntülərinin gündəmə gəlməsindən sonra Van prokurorluğu tərəfindən araşdırma başladılıb.

Soruşturma çərçivəsində Mehmet Fatih Tançalan saxlanılıb və “cinayətdən əldə edilən əmlak dəyərlərinin yuyulması” ittihamı ilə məhkəməyə göndərilib. Növbətçi hakim onun barəsində həbs qərarı çıxarıb.

Araşdırma zamanı hazırlanan maliyyə cinayətlərini araşdıran şöbənin hesabatında Çağla Öz Tançalanın da adı keçib.

Bundan sonra onun anası N.O. İstanbulda, Mehmet Fatih Tançalanın yaxınlarından M.S.T. isə Vanın Muradiyə rayonunda saxlanılıb.

Çağla Öz Tançalan da iki gün əvvəl İstanbulda əməkdaşları tərəfindən saxlanılıb. İstanbulda aparılan prosedurlardan sonra Van şəhərinə gətirilən Tançalanın polis bölməsində ifadəsi alınıb.

İfadə proseduru başa çatdıqdan sonra o, bu gün təhlükəsizlik tədbirləri altında Van Ədliyyəsinə aparılıb.

Məlumata görə, kilolarla qızıl taxıldığı toyu ilə gündəmə gələn cütlüklə bağlı istintaq davam edir. Son olaraq Çağla Öz Tançalan da “cinayətdən əldə edilən əmlak dəyərlərinin yuyulması” ittihamı ilə həbs edilərək cəzaçəkmə müəssisəsinə göndərilib.

Mehmet Fatih Tançalanın həyat yoldaşı Çağla Öz Tançalanın istintaq çərçivəsində verdiyi 4 səhifəlik ifadənin detalları ortaya çıxıb.

Çağla Öz Tançalan toyda taxılan bütün zinət əşyalarının kirayə olduğu barədə iddialarla razılaşmayıb. O, bəzi zinət əşyalarının kirayə götürülmədiyini, satın alındığını bildirib.

CNN Türk müxbiri Ümit Uzunun verdiyi məlumata görə, Çağla Öz Tançalan ifadəsində həyat yoldaşı Mehmet Fatih Tançalan haqqında da diqqətçəkən açıqlamalar verib. Çağla Öz həyat yoldaşının “göstərişi və özünü göstərməyi sevən biri” olduğunu deyib.

O, Mehmet Fatih Tançalanın əslində sahib olmadığı pulu varmış kimi göstərdiyini də iddia edib.

Çağla Öz Tançalan həyat yoldaşının dəbdəbəli həyat tərzini borc pullar hesabına davam etdirdiyini bildirib.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar