Ru
23:28 / 15 Sentyabr 2026

Dilarə Əliyeva tıxaclardan gileyləndi

Dilarə Əliyeva tıxaclardan gileyləndi
Eye

Əməkdar artist Dilarə Əliyeva Bakıda yaşanan tıxaclardan gileylənib.


"Bakupost" xəbər verir ki, aktrisa yollarla bağlı fikirlərini sosial şəbəkədə paylaşaraq insanların uzun müddət tıxacda qalmasının aqressiyaya səbəb olduğunu bildirib:

“Bu ölkənin ən çox nevropatoloqa ehtiyacı var. 15 dəqiqəlik yolu iki saat yarıma gedib çıxa bilmirsən. Beyin xarab olur, aqressiya ilə insan dolur. Müəllim uşağı danlayır, uşağın qanı qaralır, valideynin də qanı qaralır. Hamı bir-birinə nə var deyir.

Aqressiyanı azaltmaq üçün nevropatoloqa ehtiyac var. Dərman yazmalıdır ki, sakitləşək. Bunun adına yaşamaq demək mümkündürsə, biz indi yaşayırıq. Yayı gözləyək? Camaat dağlara çəkilsin? Bəlkə yollar çəkilsin?”.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar