Taliban hökumətinin baş nazirinin müavini Moləvi Əbdülsəlam Hənəfi, İrana əfqan qaçqınların kütləvi deportasiyası və onlara qarşı qeyri-insani rəftar səbəbilə xəbərdarlıq edib.
Bakupost.az -ın Iran International-a istinadən xəbərinə görə, Hənəfi bildirib ki, kobud və ədalətsiz davranışlar iki ölkə xalqları arasında nifrət və gərginlik yaradır. Onun sözlərinə görə, deportasiya tədricən və insan ləyaqətinə uyğun şəkildə, qonşuluq prinsiplərinə əsaslanaraq aparılmalıdır.
“Əfqan qaçqınlarına qarşı alçaldıcı rəftardan çəkinmək vacibdir”, – deyə Taliban rəsmisi vurğulayıb.
Qeyd edək ki, İran son bir neçə həftə ərzində 700 mindən artıq qaçqını deportasiya edib.
Zaur, Bakupost