Ru
13:29 / 02 İyun 2025

Almaniya NATO-nu Rusiya ilə müharibəyə hazırlaşmağa çağırır

Almaniya NATO-nu Rusiya ilə müharibəyə hazırlaşmağa çağırır
Eye

Almaniya Silahlı Qüvvələrinin baş müfəttişi Karsten Broyer NATO-nu yaxın dörd il ərzində Rusiya ilə silahlı toqquşmaya hazırlaşmağa çağırıb.

Bakupost.az xəbər verir ki, bu barədə BBC məlumat paylaşıb.

Broyer bildirib ki, 2024-cü ildə Rusiya dörd milyon ədəd 152 mm-lik artilleriya mərmisi istehsal edib və bunların heç də hamısı Ukraynadakı münaqişədə istifadə edilməyəcək. Onun sözlərinə görə, Rusiya hər il 1500 əsas döyüş tankı istehsal edir və onların bir çoxunun 2029-cu ilə qədər və ya ondan əvvəl Baltikyanı ölkələrdəki NATO müttəfiqlərinə hücum etmək üçün istifadə oluna biləcəyi ehtimal edilir.

"Hər tank Ukraynaya müharibəyə göndərilmir, onlar anbarlarda və daim Qərbə yönəlmiş yeni hərbi strukturlarda qalır", - deyə hərbçi bildirib.

Bundesverin baş müfəttişi, həmçinin qeyd edib ki, NATO Rusiyadan 40 illik tarixində görmədiyi böyük hərbi təhlükə ilə üz-üzədir.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar