Ru
00:21 / 30 May 2024

Almaniya səfiri: "Şuşanın yenidənqurma proqramından təsirləndim"

Almaniya səfiri: "Şuşanın yenidənqurma proqramından təsirləndim"
Eye

Şuşa rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Aydın Kərimov Azərbaycanın Almaniyadakı Ralf Horlemannı məcburi köçkünlərin Şuşaya qaytarılması barədə məlumatlandırıb.

Bakupost. az xəbər verir ki, bu barədə almaniyalı diplomat "X" sosial şəbəkədə bildirib.

"Şuşa rayonunda xüsusi nümayəndə Aydın Kərimov ilə səmərəli görüş keçirdim və inkişaf səyləri, habelə Şuşanın məcburi köçkün icmasının geri qayıtması haqqında çox şey öyrəndim", - səfir qeyd edib.

Şuşadakı yenidənqurma proqramının gedişindən təsirləndiyini vurğulayan Horlemann şəhərə gəlişinin sonuncu olmadığına işarə edib:

"Şuşaya həqiqətən aşiq oldum, yenidənqurma proqramının gedişindən çox təsirləndim. Yenə gələcəyəm!".



Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar