Ru
11:55 / 16 Noyabr 2022

Anasını ziyarətə getdi - 4,6 milyon dollarlıq çek tapdı

Anasını ziyarətə getdi - 4,6 milyon dollarlıq çek tapdı
Eye

Almaniyanın Frankfurt şəhərinə anasını ziyarətə gedən 38 yaşlı Anouar G. adlı şəxs qatar stansiyasında 4,6 milyon dollarlıq çek tapıb.


Bakupost.az xəbər verir ki, çekin "Reve" supermarketlər şəbəkəsindən “Haribo” şirkətinə yazıldığını görən Anouar şirkətlə əlaqə saxlayıb. Şirkət ondan çeki məhv etməsini və sübut üçün foto göndərməsini istəyib. Anouar bu istəyi yerinə yetirdikdən sonra şirkət ona 6 paket “Haribo” şəkəri göndərib.


“Haribo"da hadisə ilə bağlı verilən açıqlamada qeyd olunur ki, çekdə ad qeyd olunduğu üçün kimsə onu pula çevirə bilməzdi. Şəkərlər təşəkkür üçün göndərdiyimiz hədiyyə idi”.




Aynur
BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar