Mərhum xalq artisti Arif babayevin qəbirüstü abidəsi üzərində yazılan sözləri müzakirələrə səbəb olub.
Bakupost.az xəbər verir ki, bu barədə jurnalist Kərim Kərimli iradlarını bildirib.
“Büstün altındakı lövhədə belə bir yazı verilib:
"Şərqdə ilk muğam professoru
Görkəmli xanəndə
Xalq artisti
BABAYEV ARİF İMRAN OĞLU".
Bu 12 sözdən ibarət ifadəni oxuyanda müəyyən suallar yaranır. Həmcins üzvlərdən sonra niyə vergül işarəsi qoyulmadığını soruşmuram, deyərlər ki, vergülə ilişirsən, amma "Görkəmli" sözü niyə böyük hərflə yazılıb, buna mütləq cavab verilməlidir. Bəlkə bu da "Xalq artisti" kimi rəsmi fəxri addır, biz bilmirik?
Bir də "Şərqdə ilk muğam professoru" sözləri...
Görəsən Qərbdə, Cənubda və Şimalda, ümumiyyətlə, dünyanın başqa ölkələrində Arif Babayevdən qabaq muğam üzrə professor olub?
Yaxud, ümumiyyətlə, Qərbdə muğam üzrə professor varmı?
Məsələn, dahi bəstəkar Üzeyir bəy Hacıbəyli haqqında danışanda (yazanda) deyirlər ki, o, Şərqdə ilk operanın müəllifidir. Yaxud onun "Leyli və Məcnun" operası müsəlman Şərqində meydana çıxan ilk opera sənəti nümunəsidir.
Çünki Üzeyir bəyin "Leyli və Məcnun"una qədər dünyada ən azı "Knyaz İqor" var idi. Hələ dünya opera sənətinin XX əsrin əvvəllərinə qədər dünya şöhrəti qazanmış incilərindən danışmıram.
Bəs Arif Babayevin muğam professoru olmasına qədər Şərqdən kənarda (Qərbdə, Cənubda və Şimalda) hansısa muğam professoru olubmu ki, Arif Babayev də Şərqdə birinci olub?
Məni qınamayın, bilmədiyimə görə soruşuram və bunun baş daşına yazılmasının əhəmiyyətini bilmək istəyirəm”, - o bildirib.
Asena,
BakuPost
Adi muğam ifaçısı olub da professor nədi? Bu manısları o qədər şişirdirlər adamın əti tökülür
Elmdə yüksək, şəxsin özü tərəfindən elmi şurada müdafiə olunaraq təsdiqini tapmış ən yüksək ad elmlər doktorudur. Professor dosent vəzifədir. Bunu qəbir daşına şişirfilmiş şəkildə yazmaq savadsızlıqdır. Arif Babayev böyük muğam ustasıdır və belə yazılsaydı daha gözəl olardı.
En boyuk usdad urbabe muradova sexavet memedov oluf
yatanda xoruldayırsızsa allahiviza şükür edin qəbirdə hamınızı bitəhər edəcəklər
Yazılanlarla tam raziyam. Əminəm yazilsaydı xalq artisti Arif Babayev, daha səviyyəli olardı.. Amma Suleyman Abdullayevin heç fəxri adı yoxdur. A.KAZIMOVA, RÖYA x, biri var unutdum, cəmi 2 mahnı ifa edib...xalq artisdidirlər...Bu xalqimizin ürəyində olmalıdır. Yoxsa hərə öz atasını, anasını, qayinatasını, babasını... çox gülünc və səviyyəsizlikdir bu məncə. Bu insanlarımızda qıcıq yaradır. Ayıbdır vallah.
Mən bilmirəm, muğam üzrə rəsmi professor adı olarmı? Onda qaytağı rəqsi üzrə, zəngülə vurmaq üzrə, xalq mahnıları üzrə, .... və s professor adı var? Rəsmi? Maraqlıdır. Amma onu da qeyd edim ki, bu ad verənlərin səviyyəsini bildiyimdən, mən artıq buna inanmağa başladım. 468534
Fakt professor olmayib .hetta dunyada bele 1 ci sayilir...cunki mugam zaten dunyaya yox,serqe xass musiqidir...ve professor adinj ilk Arif Babayev alib..arasdirdim..yoxdur.
Kimin ağlına nə gəldi yazıb burada, söhbət şərqdə ilk muğam ustasından yox, rəsmən muğam professoru adını almaqdan gedir. Arif Babayev Dünyada ilk Muğam professoru adını rəsmən almış şəxsiyyətdir. Gedin araşdırın görəcəksiniz. Allah rəhmət eləsin.
Arif Babayevə professor elmi adının verilməsi 1991-ci ildi. Ona qədər çox görkəmli sənətkarlarımız olub, amma elmi adı olan sənətkarımız olmayıb. Məhz muğam üzrə professor... Ona görə də yüngülvari bir araşdırma aparılsa, bir sənətşünasdan soruşulsa, hər şey aydın olardı.
Arif Babayevdən öncə Xan Əmi, Cabbar Qaryağdıoğlu kimi muğam əjdahaları olub . Onların abidə daşlarına heç nə yazılmıyıb. . Kəndinizə gəlin və bisavadlığınızı nümayiş eləmiyin.
Her ŭç cŭmlede fikir tamamlanir.Mence vergŭle ehtiyac yoxdur ve cumlelerin bōyŭk herifle yazilmasi doğrudur.
Siz də mətnin sonunda "deyə" sözünü yazmalısınız, yə'ni olmalıdır "- deyə o bildirib."
Maddi materiya və canlı aləmin əsrləri adladan arxeoloqları deyil, ətraf mühitlə əlaqədar dərin mikro-nano tədqiqatları xoruz-toyuğun yox, yumurtanın ilkin-birinci yaranmasını təsdiqləyib! Deməli, kimlərsə icazə və adlara qısqansa Professor mərhum-Rəhmətlik Arif İmran oğlu Babayevin də müəllimi varmış? Yaşlı bir Şuşa vətəndaş-qadın danışırdı 13-16 yaşlı Əbülfət Əliyev Şuşa yaylasında mmuğam zənguləsi səsləndirəndə bütün ətraf kəndlər sükut və ehtiramla dinlərdilər. Müsiqiçi olmadığım üçün adlarını, səslərini eşidib-bildiyim digər *qızıl* və *kövrək* səsləri belə sadalamağa cürət etmərəm!
Kerim Kerimli sozunuzde heqiqet var.Menim ucunde maraqli oldu sizin suallar
Tamamilə haqlı iraddır, 100 faiz haqlı yanaşmadır. Gic-gic kimin ağzına nə gəldi danışır. Danışdıqlarının məsuliyyətini dərk etmir əksəriyyət