Ru
10:44 / 27 Avqust 2022

Artıq Laçında Məhəbbət Kazımovun səsi eşidilir - VİDEO

Artıq Laçında Məhəbbət Kazımovun səsi eşidilir -  VİDEO
Eye

Xəbər verdiyimiz kimi, ötən gün Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin tapşırığına əsasən Laçın şəhəri, eləcə də Zabux və Sus yaşayış məntəqələri Azərbaycan Ordusunun bölmələri tərəfindən tam nəzarətə götürülüb.


Bakupost.az xəbər verir ki, sosial şəbəkədə paylaşılan videoların birində mərhum Əməkdar artist Məhəbbət Kazımovun məşhur "Laçınım" mahnısı səsləndirilib.


Xatırladaq ki, sənətçinin "Laçınım" ifası 1998-ci ildə yazılıb. Sözləri Osman Alovluya, musiqisi isə mərhum müğənni Məhəbbət Kazımova aiddir.


Məhəbbət Kazımovun hər zaman ən böyük arzusu doğulub boya-başa çatdığı Laçına qayıtmaq və bu mahnını orada ifa etmək olub. Lakin sənətçinin bunu həyata keçirə bilmədi. O, 2014-cü il yanvarın 27-də vəfat etdi.



Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar