ABŞ-nin Florida ştatında günəş altında park edilmiş avtomobildə uşağın cəsədi tapılıb. Uşağın atası onu uşaq bağçasına apararkən səhvən maşında unudub.
"Bakupost" xəbər verir ki, bu barədə "New York Post" (NYP) nəşri yerli polisə və məktəbəqədər müəssisənin əməkdaşlarına istinadən məlumat verib.
"Oğlanın atası onu səhər uşaq bağçasına aparmalı idi, lakin oğlunun hələ də maşında olduğunu unudub və işə gedib. Atası uşağı götürmək üçün uşaq bağçasına getdiyi zaman başa düşüb ki, onu, ümumiyyətlə, oraya aparmayıb", - deyə məlumatda bildirilib.
Yetkinlik yaşına çatmayan uşağın cəsədini axtarışlarda iştirak edən uşaq bağçasının direktoru Lesli Novoa aşkar edib.
Məhz o, avtomobilin qapısını açıb və arxa oturacaqda öz yetirməsini ölü tapıb. Uşaq bağçasının direktoru hadisəni ortaq faciə adlandırıb.
Polis hadisənin səbəblərini araşdırır. Qeyd olunur ki, bu insident artıq uşaqlarla bağlı üçüncü haldır - Floridada havanın temperaturu hazırda orta hesabla +38 dərəcəyə çatır. (oxu.az)
Mən düşünürəm ki ata öz uşağını maşında necə qoyub gedə bilər bu məncə boş söhbətdir yalandır əgər o uşaq sənin uşağındırsa onu necə unuda bilərsən?,məncə ata öz uşağından bezib və onu öldürmək istəyib lakin öldürdüktə polisin bunu cinayət işi qəbul edəcəyini və həbsxanaya düşəcəyini fikirləşib buna görə də uşağını belə öldürməyin qərarına gəlib
Uşaq baxcaya getmədikdə ,zəng olunmalıydı valideynəki ,uşaq niyə gəlməyib Onda atanın yadına düşərd Yazıq uşaq zülümlə ölüb
Bunun Bizə nə dəxli var?Amerikada sayt yazır ki Azərbau,anda qoyun keçi doğub?