Ru
20:18 / 05 İyul 2026

Azərbaycan İsraildəki səfirini geri çağırdı? - Son dəqiqə

Azərbaycan İsraildəki səfirini geri çağırdı? - Son dəqiqə
Eye

Azərbaycan İsraildəki səfirini geri çağırıb.

Bakupost.az xəbər verir ki, bu iddianı politoloq Məhəmməd Əsədullazadə paylaşıb.

O bildirib ki, İsrail hökumətinin qondarma “erməni soyqırımı”nı tanıması, Türkiyəyə qarşı düşmənçilik siyasəti Azərbaycanda narahatlıq yaradıb:

“İsrailin Baş naziri Benyamin Netanyahunun təhriki ilə qəbul edilən bu qondarma “soyqırım” qətnaməsi birbaşa Azərbaycan-Ermənistan normallaşma prosesinə də zərbə vurur. Ermənistan Baş naziri N.Paşinyan İsrailin "qondarma soyqırım" qərarına dəstək vermədi və qınadı”.

Politoloq vurğulayıb ki, ümumiyyətlə, Türkiyə İsrailin əleyhinə deyil, ancaq Fələstində, Suriyada və Livanda işğalçı siyasətə qarşıdır:

“Yaxın Şərq Türkiyənin təhlükəsizliyi üçün mühüm bir regiondur. Məhz Türkiyə bu regionun təhlükəsizliyi və rifahı üçün çalışır. Amma İsrailin həyata keçirdiyi siyasət bunun tam əksinədir”.

Politoloq sonda əlavə edib ki, Azərbaycan düzgün siyasət yürüdür.

Xatırladaq ki, Azərbaycanın İsraildən öz səfirini məsləhətləşmələr üçün geri çağırdığı barədə heç bir rəsmi məlumat yoxdur.

Asena,
BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar