Serbiyanın Zlatibor şəhərində keçirilmiş məktəblilər arasında boks üzrə Avropa çempionatı zamanı qalmaqal baş verib.
Bakupost.az Teleqraf-a istinadla xəbər verir ki, münaqişə Azərbaycan millisinin üzvü Yusif Ağakişiyevlə yerli boksçu Viktor Maystoroviç arasındakı qarşılaşma zamanı yaşanıb.
Qarşılaşmanı idarə edən şimali makedoniyalı hakim Stefan Tsubalevskinin idarəçiliyindən narazı qalan azərbaycanlı məşqçi əvvəlcə ona sözlə etiraz edib. Daha sonra isə məşqçi ikinci raundda rinqə çıxaraq, referini boğmağa başlayıb.
Nəticədə döyüş dayandırılıb, azərbaycanlı boksçuya məğlubiyyət verilib. Bununla da Maystoroviç qızıl, Ağakişiyev gümüş medal alıb.
Azərbaycan Boks Federasiyası yaşanan qalmaqala aydınlıq gətirib.
Bu barədə
Bakupost.az -a ABF-nin mətbuat xidmətindən məlumat verilib.
İdman etikasına uyğun hərəkət etmədiyinə görə (rinqə çıxıb hakimə fiziki təsir etmək - red.) H.Avezovla bağlı ABF-nin təlimatına və qaydalara uyğun olaraq addım atılacağı bildirilib.
Adıçəkilən döyüşdə şimali makedoniyalı hakim Stefan Subalevskinin qərəzli yanaşaraq, şəxsi maraqlarını üstün tutaraq, saxtakarlıq edərək boksçumuzun təmiz qələbəsini əlindən aldığı və onu çempionluqdan məhrum etdiyi qeyd olunub.
Hakim barədə tədbir görülməsi üçün də aidiyyəti beynəlxalq təşkilata müraciət ünvanlanacağı bildirilib.