Ru
14:35 / 20 Noyabr 2023

Avtomobildə nasazlıq yarananda bu qaydalara əməl edilməlidir - Ekspert

3443
“Gündən-günə ölkədə yol qəzalarının, həmçinin qəzalarda həlak olanların sayı artır. Yol-nəqliyyat hadisələrinin baş verməsinin əsas səbəb kimi sürücükərin ehtiyatsızlığı, diqqətsizliyi və digər məsələləri göstərmək olar. Noyabrın 18-də Bakı-Sumqayıt yolunda baş verən və 2 nəfərin həyatına son qoyan qəza da sürücüləriin elementar qaydalara biganə münasibətinin faciəli sonudur. Sürücülər bilməlidir ki, yolun sol zolağı ən təhlükəli zolaqdır. Orada ən ciddi nasazlıqlar yarandıqda belə, maksimum dərəcədə avtomobili yolun sağına çıxarmağa çalışmaq lazımdır”.





Bunu nəqliyyat üzrə ekspert, hüquqşünas Ərşad Hüseynov Bakupost.az -a açıqlamasında söyləyib.

Onun sözlərinə görə, sol zolaqdan və ya orta zolaqdan avtomobili kənarlaşdırmaq heç cür mümkün deyilsə, qəza dayanma işıqlarını qoşmaq, dərhal qəza dayanma nişanı qoymaq lazımdır. Həmçinin Bakı-Sumqayıt yolunda həmin nişanı avtomobildən 30 metr arxada qırmızı tərəfi arxadan gələn sürücülərə yönəldilməklə qoymaq olar:

“Xırda və yerində qısa müddətə aradan qaldırılan nasazlıqdırsa, onu çox ehtiyatla onu qaldırmağa çalışmaq lazımdır. Bu zaman arxayınçılığa yol verilə bilməz. İşi görərkən çox diqqətli olmaq, sözün həqiqi mənasında bir gözlə daim arxanı nəzarətdə saxlamaq lazımdır. Əgər sərnişinlər varsa, onlardan birinə nəzarət üçün maşının daha təhlükəsiz tərəfində dayanaraq ətrafa baxmaq, təhlükə yaranan kimi xəbərdarlıq etmək tapşırığı vermək lazımdır. Nasazlıq ciddidirsə, yerində aradan qaldırılm­ası mümkün deyilsə, yaxud uzun müddət çəkəndirsə, avtomobili yuxarıda qeyd etdiyim kimi işarələdikdən sonra sürücü və sərnişinlər dərhal yolun hərəkət hissəsindən kənara çıxaraq orada texniki yardım çağırmalı və gözləməlidirlər. Avtomobilin yanında və ya içərisində olmaq hər an ölüm riski deməkdir”.

Ekspert qeyd edib ki, şəraitə uyğun digər təhlükəsizlik tədbirləri də lazım ola bilər:

"Heç bir halda təhlükəsizlik və yol hərəkəti qaydalarına biganə münasibət ola bilməz.Unutmaq olmaz ki, heç bir qayda boş yerə yazılmayıb. Onların ən bəsitinin də pozulması faciəyə səbəb ola bilər".

Sevinc
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər