Ru
16:00 / 22 Fevral 2025

AYNA velosiped parkinqləri üçün 1,1 milyonluq konstruksiyalar alır

AYNA velosiped parkinqləri üçün 1,1 milyonluq konstruksiyalar alır
Eye

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) velosipedlərin parklanması üçün konstruksiyalar (quraşdırma daxil) alır.

Bakupost.az xəbər verir ki, artıq bununla bağlı agentlikdə müvafiq işlər start götürüb.

Alınacaq konstruksiyaların materialının paslanmayan metal ( nikel) olması və paslanma ilə bağlı 2 illik zəmanət verilməsi əsas şərtlərdəndir.

Eyni zamanda, bildirilir ki, hər konstruksiya 4 anker ilə yerə bərkidilməlidir. Bundan başqa, 1 konstruksiyada 5 velosipedin parklanması nəzərdə tutulur (5 yerlik).

AYNA sözügedən işlərin icrasının 1,1 milyon manata başa gələcəyini ehtimal edir.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar