Ru
16:49 / 02 İyul 2025

Azərbaycanlılara qarşı proses yuxarıdan idarə olunub - Deputat

Azərbaycanlılara qarşı proses yuxarıdan idarə olunub - Deputat
Eye

Son vaxtlar Rusiyada müşahidə etdiyimiz irqçi, islamafob əməllər heç də yeni deyil. 1990-cı illərdən başlayaraq bu ölkədə qeyri-rus millətlərə, xüsusilə də Qafqaz və Orta Asiya mənşəli insanlara qarşı zorakılıq halları mütəmadi baş verib. “Rus Milli Birliyi” və digər neonasist qruplar tərəfindən təşkil edilən hücumlar uzun müddət cəzasız qalıb. 2000-ci illərdə keçirilən “Rus yürüşü” kimi aksiyaların isə dövlət səviyyəsində qarşısı alınmaq əvəzinə, bəzi hallarda dolayı dəstək görürdü.

Milli Məclisin deputatı Vüqar İsgəndərov Bakupost.az -a açıqlamasında bugünkü hadisələri həmin siyasətin davamı kimi qiymətləndirib. O bildirib ki, cinayətkarlığın baş alıb getməsi, baş verən xaotik hadisələr, qeyri-rus millətlərə qarşı yürüşün keçirilməsi, təbii olaraq bunların cəzasız qalması onu deməyə əsas verir ki, bunların hər biri ən yuxarı səviyyədə idarə olunub:


Azərbaycanlılara qarşı Rusiya cəmiyyətdə bir növ sətiraltı bir siyasət aparılır, nifrət yaradılır. Hiss olunur ki, Yekaterinburq hadisələri bir mərkəzdən idarə olunub.

Hal-hazırda Rusiya cəmiyyətində psixoz bir hal var, müharibənin yorucu tərəfləri, gənclərin kütləvi şəkildə müharibədə ölməsi insanların gələcəyə olan ümidini sarsıdıb və qısa vaxtda başa çatacağı deyilən müharibə artıq illərdir davam edir, sonu da hələ görünmür. Dövlət təbii olaraq burada bir növ odun üstünə su tökməyə çalışır və ultramillətçi tərəfini qabardır”.

Deputat əlavə edib ki, son hadisələr, hüquq-mühafizə orqanlarının qəddarlığı, davranış qaydalarının kobudcasına pozulması, saxlanılan insanlara verilən işgəncələr nə beynəlxalq hüquqda, nə də Rusiyanın milli qanunvericiliyində nəzərdə tutulmayıb:

“Təbii ki, verilən komanda var, onu icra edənlər hansısa tapşırığı yerinə yetirirlər və düşünürük ki, Rusiya cəmiyyəti özü bununla mübarizə aparmalıdır. Azərbaycan Xarici İşlər Nazirliyinin notası, cəmiyyətin sualları Rusiya rəsmiləri tərəfindən dəqiq formatda cavablandırılmalıdır. Rusiya hüquq-mühafizə orqanlarının bu vəhşiliyi dayandırılmalı və bu işdə günahı olan hər bir hüquq-mühafizə orqanı əməkdaşı məsuliyyətə cəlb olunmalıdır. Bunu qanun, insanlıq tələb edir. Özünə hörmət edən dövlət bu məsələlərə tamaşaçı qalmamalıdır. Bununla həm cəmiyyət, həm də dövlət mübarizə aparmalıdır. Çünki bu gün baş verən hadisələr sabah rusların özünə qarşı da çevrilə bilər. Yəni bu yanaşma kökündən dəyişdirilməlidir. Rusiya çoxmillətli dövlətdir, dövlət belə halların qarşısını almasa, bu, daxildə çox böyük problemlər yaradacaq”.

Aysel,
BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar