Bir il öncə imzalanan Vaşinqton anlaşmasının əsas məqamlarından biri də Zəngəzur dəhlizi və bu xəttin bir elementi olacaq "Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu"nun (TRIPP) reallaşması ilə bağlı əldə edilən razılaşma və ötən müddətdə görülən işlərdir. Azərbaycanın əsas hisəsi ilə Naxçıvan arasındakı maneəsiz keçidi təmin edəcək bu dəhliz bütövlükdə regionun inkişafına xüsusi töhvə verəcək.
"Bakupost" xəbər verir ki, bu sözləri millət vəkili, iqtisadçı alim Vüqar Bayramov “facebook” səhifəsində qeyd edib.
O bildirib ki, 15 milyon ton ötürmə potensiallı Zəngəzur dəhlizi regionun inkişafında xüsusi paya malik olacaq:
“Yaxın gələcəkdə Orta Dəhlizin mühüm seqmentinə çevriləcək Zəngəzur dəhlizi Azərbaycanın geosiyasi mövqeyinin daha da möhkəmlənməsinə xidmət etməklə yanaşı, region dövlətlərinin gəlirlərinin artmasına da imkan yaradacaq.
Qitələr arasındakı ticarət dövriyyəsinin 200 milyard dollar artacağı gözlənilir. Yüklərin 10-15 faizinin Zəngəzur dəhlizi vasitəsilə daşınacağı təqdirdə Azərbaycan yaxın gələcəkdə ildə 3 milyard dollar tranzit gəliri əldə edəcək. 10 illik proqnozlara əsasən, Zəngəzur dəhlizi 50 milyard dollar gəlir formalaşdırmaq və 60 mindən çox yeni iş yerinin yaradılmasına töhfə vermək potensialına malikdir.
Zəngəzur dəhlizi həm Şimal-Cənub, həm də Şərq-Qərb nəqliyyat dəhlizlərinə inteqrasiya olunacaq. Nəticədə Orta Dəhlizin də genişlənməsinə imkan yaradacaq ki, bu da Azərbaycanın Zəngəzur dəhlizinin istifadəyə verilməsi nəticəsində beynəlxalq yükdaşımalardan daha çox gəlir əldə etməsi deməkdir. Eyni zamanda, alternativ yollarla öz məhsullarını yeni bazarlara ixrac etmək imkanı qazandıracaq.
Zəngəzur dəhlizi həmçinin türk dünyasını birləşdirəcək quru nəqliyyat dəhlizidir. Bu baxımdan, Zəngəzur dəhlizinin istifadəyə verilməsi həm Azərbaycan ilə Naxçıvan Muxtar Respublikası arasında quru yolu ilə kommunikasiyanın bərpasına, Naxçıvanın blokadadan çıxmasına, həm də Azərbaycan daxil olmaqla bütövlükdə türk dünyasının iqtisadi inkişafına töhfə deməkdir”.
Onlayn digər siyasətkar *A. qəzetəmiz dövlətimizə bu *Tripp* möhtəşəm Beynəlxalq Yük ötürücülüyündən hər il saf-təmiz Dört Milyard ABŞ dollar əlavə dəyər-qazanc qalacağını qeyd ğetmişdi? 3 ilə hazırki büdcənin 9%ni təşkil rdən 4 arasındakı bir milyard 33% aşağı deyilmi? Birdə ki MəəXarici media layihənin əsas gəlirinin sonrakı 39 ildə hər illik gəlirin 26%i Ermənistana və 74%i isə ABŞyə aparıcı-sərmayəçilər kimi ödənəcək!? 1918ci ildən müstəqil Rəsulzadə Azərbaycanının qərbi Zəngəzuru və 1992ci ildə Suveren Azərbaycana saxlanmış Şərqi Azərbaycana da bütöv Zəngəzura birlikdə hansı haqq və ya 108 illik ərazi-torpaq təzminatı ödənməyə başlanacaq? Rəmzləri 1992ci ildən bərpa edilən Azərbaycanən qərbi Zəngəzur necə Ermənistana aid edilib və nədən Beynəlxalq iddialar, rotatsiyalar təqdim edilməyib? Əlbəttə, bu hüquqa artıq, nə əski SSRİ və onun varisi RFnın heç aidiyyatı yoxdur!?
Hörmətli Deputat, Siz ilk öncə İqtisadiy (dəqiq peoqnoz-tərəqqi) mütəxəssisiniz! Bəs, 1918ci ildən azad müstəqil qəbul edilməsi, 1991ci ilin sonundan təsdiqlənən mstəqil Azərbaycan öz ütöv Zəngərunun yarısını peşkeşlə öncədən 200 milyardlıq yükün yükçüsünə çevrilsin ki? Öncə, Qərbi Zəngəzur qaytarılmalıdır. Uzaq Qüdrətli ABŞı da bahasına Zəngəzura daşımaq gərək deyil. Daha, əski Zaqafqaz Dəmir Yolu təcrübəli yaxın Müzəffər və Qalib yük=ötürücü olacaq Azərbaycan tarixən-hüquqən özünə məxsus ərazi zolağında ən optimal layihə və ortaq yatırıma uyğun dəhlizi qurub, istismara buraxa bilər!? Dövləti dəyərli İqrisadçımız digəri ilə təbii sərvət layihələrinin adekvat ortaq 0qurulmasına və səpələnmədən çox, yüksək etibarlı və səmərəli istifadəsinə siyas-*loyal* münasibət deyil, daha dəqiq, yüksək faydalı hesabatlarını aşkarlayıb, mediaya-xalqa təqdim etməlidirlər? Misal üçün avropaya paylanan qaz layihələrinin tam gəlirindən əlavə qazanc Zəngəzur dəhlizinə xərcləri tam ödəyirmi ki, onsuz onsuz da dünyəvi layihələri çox böyük dövlətlərin də uzaq qayğəsına çevrilməsin? 74% olmasa da, heç olmazsa 44-50%i hüquqi sahib Azərbaycana qalsın? Zəfərdən sonra Ekspromt göstərişə çəkilmiş 2ci əlavə-yeni Xankəndi-Ermənistan avtomobil yolu ötmüş beş ilin hər birində əlavə neçə milyon ABŞ dolu qazancı gətirib?