Ru
23:13 / 22 Dekabr 2022

Azərbaycan əsilli idmançı Britaniyada nüfuzlu mükafat qazandı

Azərbaycan əsilli idmançı Britaniyada nüfuzlu mükafat qazandı
Eye

Azərbaycan əsilli britaniyalı gimnastika üzrə dünya çempionu Cessika Qədirova BBC-nin 2022-ci İlin Gənc İdmançısı mükafatını alıb.

Bakupost.az xəbər verir ki,18 yaşlı gimnast fərdi çoxnövçülükdə dünya çempionatında medal qazanan ilk britaniyalı olub.

Cessika, həmçinin sərbəst hərəkətlər üzrə də dünya çempionatında qızıl medal alıb. O, əkiz bacısı Cennifer ilə birlikdə Böyük Britaniyanın Avropa və dünya çempionatının komanda yarışlarında gümüş medal qazanmasına kömək edib. Dünya çempionatındakı bu gümüş Britaniyanın qadınlardan ibarət komandasının yarışda əldə etdiyi ən yaxşı nəticə olub.

Bu qələbə Qədirovanın 2022-ci ilin avqustunda Münhendə Avropa çempionu titulunu uğurla müdafiə etməsindən sonra baş tutub.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar