Ru
19:55 / 30 May 2025

Azərbaycan Motosiklet İdman Federasiyasının prezidenti seçildi - FOTO

Azərbaycan Motosiklet İdman Federasiyasının prezidenti seçildi - FOTO
Eye

Mayın 30-da Motosiklet İdman Federasiyası İctimai Birliyinin ümumi yığıncağı keçirilib.

Bakupost.az Teleqraf-a istinadla xəbər verir ki, Gənclər və İdman Nazirliyinin inzibati binasında keçirilən tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlanıb.

Tədbirdə çıxış edən Gənclər və İdman Nazirliyinin İdman şöbəsinin müdiri Elnur Məmmədov yığıncaq iştirakçılarını salamlayaraq onlara uğurlar arzulayıb.

Federasiya prezidenti Kür Səfərəliyev çıxış edərək təşkilata rəhbərlik etdiyi müddətdə bu idman növünün inkişafı üçün əlindən gələni etdiyini bildirib və yeni seçiləcək federasiya rəhbərliyinə uğurlar arzulayıb.

Daha sonra federasiya rəhbərliyinə seçki keçirilib. Fuad Bağırov Motosiklet İdman Federasiyasının prezidenti seçilib. Sabir Babayev I vitse-prezident, Emil Quliyev vitse-prezident, Azər Əliyev və Rüfət Dadaşov isə İcraiyyə Komitəsinin üzvləri seçiliblər.

Sonda Fuad Bağırov çıxış edərək göstərilən etimada görə təşəkkür edib, bu idman növünün inkişafı üçün əlindən gələni edəcəyini bildirib.

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar