Ru
14:07 / 01 Sentyabr 2024

1 milyondan çox seçici səs verib

1 milyondan çox seçici səs verib
Eye

Azərbaycanda keçirilən parlament seçkiləri ilə bağlı seçki məntəqələrində seçici fəallığı müşahidə edilir.

"Report" xəbər verir ki, Mərkəzi Seçki Komissiyasının saat 12:00-a olan məlumatına görə, indiyədək seçicilərin 20,39 faizi(1 milyon 309 min 522 ) səsvermə hüququndan istifadə edib.

Hesabat vermiş məntəqələrin sayı 6478-dir.

Qeyd edək ki, parlament seçkilərində 125 deputat mandatı uğrunda 990 namizəd mübarizə aparır. Azərbaycanda seçicilərin ümumi sayı 6 milyon 421 min 960 nəfərdir. Ölkə üzrə səsvermə 125 seçki dairəsinin ərazisində formalaşdırılmış 6 min 478 seçki məntəqəsində keçirilir. Onlardan 54-ü işğaldan azad edilmiş ərazilərdə formalaşdırılıb.

Seçki məntəqələri saat 8:00-da açılıb. Səsvermə 19:00-a qədər davam edəcək.


Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar