Hansı bank etibarlıdır? - SORĞU
Ru
10:39 / 26 Noyabr 2024

Azərbaycanda 38 kişi, 430 qadın məişət zorakılığına məruz qaldı

670
Azərbaycanda məişət zorakılığına qarşı mübarizə ilə bağlı yeni fəaliyyət planı hazırlanır. Planasa əsasən, ölkədə məişət zorakılığına məruz qalan şəxslərin məlumat bankı yaradılacaq.

Qeyd edək ki, məişət zorakılığı dedikdə qohumluq münasibətlərindən, birgə və ya əvvəllər birgə yaşamaqlarından sui-istifadə etməklə şəxslərin birinin digərinə qəsdən fiziki və ya mənəvi zərər vurması nəzərdə tutulur.

Bəs bu il Azərbaycanda neçə nəfər məişət zorakılığının qurbanı olub?

Qurumdan bildirilib ki, 2024-cü ildə Komitəyə məişət zorakılığı ilə bağlı 486 müraciət daxil olub:

"Məişət zorakılığına məruz qalan şəxslər arasında qadın və uşaqlar çoxluq təşkil edir. Belə ki, cari ildə 38 nəfər kişi, 430 nəfər qadın 364 uşaq məişət zorakılığına məruz qalıb. Məişət zorakılığı törədənlər isə tərkibinə görə 438 nəfər kişi, 213 nəfər qadındır”.

Məlumatda qeyd olunub ki, komitəyə müraciət daxil olarkən dərhal icra olunur və müvafiq qurumlara yönləndirilir:

"Şikayətlər yerli icra hakimiyyəti orqanlarına və Daxili İşlər Nazirliyinə yönləndirilir. Yerli icra hakimiyyətlərində məişət zorakılığının alınması sahəsində monitorinq və əlaqələndirmə qrupları fəaliyyət göstərir. Müraciət daxil olan zaman dərhal komissiya yaradılır və ehtiyac olduqda qısamüddətli mühafizə ilə təmin olunur. Cinayət tərkibi olduğu halda isə DİN tərəfindən qeydiyyata alınır və qabaqlayıcı profilaktik tədbirlər görülür”.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar