"56 mindən artıq müəllimin əməkhaqqısı artırılıb".
Bakupost.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev "Sertifikatlaşdırma 2025: peşəkar müəllim - keyfiyyətli təhsil" mövzusunda ADA Universitetində keçirilən tədbirdə deyib.
Nazir bildirib ki, işdən azad edilmiş müəllimlərin yerinə yeni müəllimlər təyin edilmir, çünki həmin məktəblərdə müəllim sıxlığı mövcuddur.
"Hər bir müəllim bilməlidir ki, əgər məktəbdə, məsələn, 28 müəllim varsa, bu halda əməkhaqqı yüksək olmayacaq. Dərs yükü daha yüksək bal toplamış müəllimlər arasında ədalətli şəkildə bölüşdürülməlidir", - deyə nazir qeyd edib.