Ru
11:44 / 10 İyul 2025

Azərbaycanda bu şəxlərin maaşı 1320 manat oldu

Azərbaycanda bu şəxlərin maaşı 1320 manat oldu
Eye

Sertifikasiya prosesi təşkil edildikdən sonra müəllimlərin əməkhaqlarında sürətli artımlar müşahidə olunub.

Bakupost.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev ADA Universitetində “Sertifikatlaşdırma 2025: peşəkar müəllim–keyfiyyətli təhsil” mövzusunda keçirilən tədbirdə deyib.

Nazirin sözlərinə gör, sertifikasiyada yüksək bal toplamış müəllimlərin əməkhaqqı 1320 manat təşkil edir.

Emin Əmrullayev bildirib ki, müəllimlərin orta aylıq əməkhaqqısı isə 965 manatdır.

“11 faiz müəllim həftədə 31 saat dərs deyir və 1500–2000 manat əməkhaqqı alır. 33 faiz müəllim həftədə 25 saat dərs deyir və 1000–1500 manat maaş alır. 41 faiz müəllim həftədə 17 saat dərs deyir və 500–1000 manat əməkhaqqı alır. 14 faiz müəllim isə cəmi 8 saat dərs deyir və 500 manata qədər maaş alır”, - nazir əlavə edib.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar