Ru
22:18 / 26 Fevral 2026

Azərbaycanda bu sözlər qadağan edilir?

Azərbaycanda bu sözlər qadağan edilir?
Eye

Professor Sevinc Əliyeva deyib ki, Azərbaycanın efir məkanında türk dilindən gəlmiş sözlərdən (məsələn, ilgilənmək, bəlirləmək) istifadə edilməməlidir. Bunun üçün televiziyalarda xüsusi şuralar yaradılmalı və ciddi nəzarət tətbiq olunmalıdır. Diqqətçəkən məqam ədəbi dil və media məkanında yüzlərlə əcnəbi mənşəli (ərəb, fars, fransız, latın, yunan və s.) sözlərin rahatlıqla işlədilməsidir.

Türk dilinə qarşı bu münasibətin səbəbi, hədəfi nə ola bilər?

Bakupost.az xəbər verir ki, Globalinfo.az-a danışan media eksperti Zeynal Məmmədli bu yanaşma ilə razılaşmadığını vurğulayıb:

“Düzü, bilmirəm, bu yanaşmanın kökündə nə dayanır. Sanki bəzi insanlar öz irsini sevmir, ya da sevmək istəmirlər.

Məsələn, deyirlər ki, biz Oğuz kökündənik. Hamımızın soykökü eynidirsə, bəs niyə bu sözləri işlətməyək? Sabah bu məntiq digər sözlərə də şamil olunacaq. Məsələn, deyirlər? gündəlik ifadələr efirdə işlədilə bilməz, amma yad sözlərə icazə verilir. Anadolu türkcəsindən gələn sözlərin dilimizə problem yaratması isə məncə, gülünc yanaşmadır.

Sözlərin kökü öz dilimizdədirsə, onları niyə qadağan edək? Dilimizlə bağlı qorxu yaratmaq düzgün deyil. Biz babalarımızın dilindən danışırıq, ondan qorxmalı deyilik”.

Türkoloq, dosent Faiq Ələkbərlinin fikrincə, Azərbaycan dili elə türk dilidir:

“Türkiyə türkləri və Azərbaycan türkləri bir xalqdır, bir atanın, bir ananın övladlarıdır. Bəzi kəlmələrin Türkiyə türkcəsində olduğu üçün Azərbaycan türkcəsində işlədilməsinin qadağan edilməsi doğru deyil. Əgər belə yanaşsaq, onda Hüseyn Cavidləri, Əhməd Cavadları, Məhəmməd Füzuliləri, Nəsimiləri və Azərbaycan xalqının tarixində yer tutmuş bütün böyük ədiblərdən imtina etməli olardıq. Bu isə mümkün deyil”.

Türkoloq deyib ki, “ilgilənmək”, “bəlirləmək” kimi sözlər sovet dövründə, xüsusilə 1920-1930-cu illərdə qadağan olunub:

“1930-cu illərin ortalarından sonra Sovet Rusiyası məqsədli şəkildə Azərbaycan dilini Türkiyə türkcəsindən ayırmaq siyasəti aparıb. Buna görə də biz sevinməliyik ki, yenidən dilimiz ortaq türk dilinə yaxınlaşır, əlifbamızda birlik yaranır. Bu, həm də dövlət siyasətinin bir hissəsidir. Türk Dövlətləri Təşkilatında əsas məqsədimiz vahid türk dili və vahid türk əlifbasının tədricən formalaşmasıdır. Bunun üçün Türkiyə, Azərbaycan, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan və digər türk xalqlarının dilini zənginləşdirmək vacibdir. Yəni əgər diqqət yetirilməli məsələ varsa, daha çox yad sözlər, məsələn, rus, ingilis, fars, ərəb sözləri nəzərə alınmalıdır, özümüzə aid sözlərə yox”.

F.Ələkbərov bildirib ki, Türkiyədən gələn sözlər əslində bizim dilimizdə olub:

“Sadəcə, qadağalar qoyulmuşdu, indi yenidən işlədilir. Əlbəttə, Yeni Azərbaycan türkcəsinin özünəməxsus xüsusiyyətləri var, Türkiyə türkcəsinin də özünəxas formaları mövcuddur. Amma bunların kökü, mahiyyəti, tarixi və gələcəyi bir-birinə bağlıdır. Bu cür məsələlərdə sözləri ayrı-ayrı dil hesab etmək doğru deyil. Mirzə Ələkbər Sabir də qeyd edirdi ki, Osmanlı dili və türk dili arasında ayırmaq düzgün deyil. Osmanlı dili sonradan türk dili adlandırıldı, bizim türk dilimiz isə məcburən Azərbaycan dili adlandırıldı. Əslində, bu da türk dilidir.

Bizim gələcəyimiz bir ailədir: türk dünyası və türk ailəsi. Öz dilimizi bu ailə ilə zənginləşdirməkdən başqa çıxış yolu yoxdur”.

Şərhlər
  • Novruz Mirziliyev

    Burda nə var ki? Azərbaycanda türkçülüyünü inkar edənlər sadəcə və sadəcə qanıpozuqlarıdır. Ə, mən deyənlər neçə on illərdir Azərbaycan türkcəsini rusun jarqon ifadələri ilə doldurub, onu məişət dilindən ədəbi dil səviyyəsinə qaldıranlar. Nə oldu, indi qeyrət dağarcığınız dombaldı?

  • ADAM

    İndiki və əvvəlki türk dizilərinə baxın,görün son illər nə qədər bizim sözləri işlətməyə başlayıblar.Türkiyədə bizi sevməyənlər kökənləri başqa millətdən olanlardır. Əsl türklər bizləri özlərindən ayırmır. Bütün türk dillərinin arasında türk dilinə ən yaxın azərbaycan dilidir. istanbul və Ankara dialektini çıxsaq. çox az fərqi var.

  • Elmar777

    Salam mən Azərbaycanlıyam,dilim də Azərbaycan dilidir,Türkiyədə Azərbaycan dilində danışırlar? Əlbətdəki xeyir,öz dillərinə hörmet edirler,bizde öz dilimize hörmet etməliyik,Azərbaycan dili ana dilimizdir,öz dilimizdə danışaq

  • Kecmiş idmançı

    Rus, Latın, Qədim Yunan sözləri cəhənnəm, bəs fars-ərəb sözlərini təmizləsək biri birimizlə necə ünsuyyət quracağıq, hansa dildə danışacağıq? Yakut? Yoxsa Tıva?

  • Y.Süni İtellekt

    Yetərincə əsaslı Rəy və Şərh var, əlavəyə ehtiyac da duyulmur. Səhv etmirəmsə 1937ci ildən ümumSovet türkcəsinə keçmə şüarı ilə tarixə Açar-ərəb əlifbası da, türk dili (ilk AzSovet dərsliklərinə baxın...) də mümkün qədər ləğv edilib və heca (ləhcə, əruz vəzni, uzlaşmanın) rus dilinin hallanma qramoteyinə cəhd edilib? İlgilənmək yəni, sadəcə maraqlanmaq, bəlirləmək, dəqiq bəyan etmək, Bəliyə-yəni nişan vermək!? Bunların Siyasi-Hüquqi məğzi isə sanki, sivil-kultural dünyaya Azərbaycanda 1)adın və soyadın sonu da, 2)sözün işlədilməsi-qadağası da, 3)lampa seçimi də belə Milli məclisin QANUNU və qədim tarixdəki kimi az qala ölkə Şahı da yox, uzaq daha yüksək Çar-Kralların fərmanları ilə olmalıymış kimi diktator, ya kənar dirijorluq görüntüsünü dünya aləminə təsdiqləmiş olmurmu?

  • Cəfər Cəfərli

    Azərbaycanda yaşayan insanlarda çox böyük Türkiyə aludəçiliyi var. Amma özünü sevməyən millət, heç vaxt başqa milləti sevə bilməz. Azərbaycanlılar ilə Türkiyə türkləri eyni millət deyil. Bu yalandır. Anadolu əhalisi, orada yaşayan azərilər, ələvilər bizə daha yaxındır, nəinki türklərə. Biz azərbaycanlılar türklərin heş vecinə də deyilik. Onlar ancaq öz xeyrini düşünən insanlardır, lazım biləndə bizi yenə də keçi qiymətinə satacaqlar, 1920-də olduğu kimi. Azərbaycan dilini qorumaq lazımdır, uşaqlara, gənclərə öz ana dilini sevdirmək lazımdır.

  • Shamil

    Türkün daşı düşsün türk dilin bəyənməyənlərin başına,biz türkük,adımızı 1920 ci illərdə dəyişiblər əlifbamızı dəyişdirdikləri kimi.

  • Sucayət

    Vàllahi , mən AZƏRBAYCANLIYAM türk deyiləm.

  • Sahib Bayramov

    Professor xanım görünür ki Túrk dilinin manşəyini bilmir`

  • Teymur

    Dilin onurğası olan türk sözlərini qovub, yerini rus-fars-ərəb sözləri ilə doldurmağa çalışmaq dili qorumaq deyil, onu intihara sürükləməkdir. Öz evinə qonşunun kərpici ilə bünövrə qoyub, buna "mənimdir" demək nə qədər absurddursa, bu yanaşma da o qədər savadsızlıqdır. Bu cahillərə söz imkanı belə verilməməliidr

  • Həsən israfilov

    Öz bildiyimiz və milliləşən dili qorumaq lazımdır.Araşdırsınlar hansı söz ki,bizə aid olub onu da işlədək.Amma Problem,Predmet,Preytet,Fokuslanmaq və.s kimi sözlər yığışsa yaxşı olar çünki bunun alternativ və hamı başa düşən forması dilimizdə var.

  • Məxvidi

    Hərkəsə Salamlar Biz Hamimiz Bilirikki Kökümüz Türkdü Oğuz Türküdü Türkiyədə Bizim Kimi Oğuz Türküdü Biz Çalişmaliyiqki Öz Türkçülüyümüzü Bərpa Edək İnnən Belə İmkan Verməməliyikki Hər Hansi Şərəfsiz Dövlətlər Türkçülüyümüzü Əlimizdən Alsin Dövlətimizi Parçalasin Qorumalıyıq Qorumaqda Bizim Borcumuzdur Hətta Gələcək Nəsillərimizidə Ötürməliyik Cənabu Allahim Bütöv Türk Xalqimizi Dövlətimizi Qorusun Amin Əcməin???? ???? ???? ???? ???? ???? ???? ???? ???? ???? ???? ???? ???? ???? ????

  • Enil

    Burda turk turk deyenner..men Azerbaycanliyam..dilimde azerbaycan dilidir..turku neye soxursuz bura..vessalam..ozbek turku qirgiz turku ne bilim tacik turku bele deyen var ?????

  • Əfqan A

    Ayaz Salahov deyəndə ki, gözəl azərbaycan dilimizi rus dili deyil, türk dili korlayır, onunla razılaşmırdılar.

  • Zenfira Əliyeva.

    Küçəyə,bayıra çixirsan,görürsən öz doğma dılını əməllı danışa bilməyəmlər,cümlələrdə "zaten", "Malesef","yapma kız" ," öylemı" və başqa sözlərdən istifadə edirlər.Aftığ televiziya aparıcıları, bloger jurnalistlər də belə sözlərdən istifadə edirlər. Bəzi rəylərdə,hamımızın türk olduqumuz yazılır.Özbəklər,Türkmənlər,Kazaxlar,Qırqızlar və başqaları da türkdilli xalğlardılar.Hər kəs öz dilini danışır.Baxın görün,Türkiyədə kimsə bizim dilimizdən bir söz qatırlarmı dilinə.Əlbəttə xeyir.Niyə? Çünki,öz dillərinə hörmət edirlər.

Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar