Ru
12:56 / 22 Mart 2026

Biləsuvarda şagird üç aya 9 medal qazandı - ABŞ-yə gedir

Biləsuvarda şagird üç aya 9 medal qazandı - ABŞ-yə gedir
Eye

Biləsuvar şəhər Əlövsət Eynullayev adına 4 nömrəli tam orta məktəbin şagirdi Ümmügülsüm Nasir qızı Ruhullayeva son 3 ayda qazandığı uğurlarla diqqət çəkib.

Bakupost.az Qafqazinfo-ya istinadən xəbər verir ki, məktəbin direktoru Elşən Ağazadə Ü.Ruhullayeva qısa müddətdə 9 medal qazanaraq Azərbaycanın adını beynəlxalq arenada layiqincə təmsil etdiyini bildirib.

“Ümmügülsüm Beynəlxalq “Mathxcel” Riyaziyyat Olimpiadasında qızıl medal əldə edərək ABŞ-nin Los-Anceles şəhərində keçiriləcək final mərhələsinə vəsiqə qazanıb.

O həmçinin Lütfi Zadə adına iki olimpiadada, eyni zamanda Elm və Təhsil İnstitutunun yarışında qızıl medallara layiq görülüb, sonuncularda isə 100 faiz nəticə göstərib.

Bundan əlavə, Paskal və FISO olimpiadalarında gümüş, Kopernik olimpiadasında isə bürünc medal qazanıb”, - direktor əlavə edib.

E.Ağazadənin sözlərinə görə, istedadlı şagird hazırda kitab çap etdirməyə də hazırlaşır.

Xatırladaq ki, bundan əvvəl Biləsuvar rayonu E.Kərimov adına Amankənd kənd tam orta ümumtəhsil məktəbinin 3 şagirdi Respublika Fənn Olimpiadasının (RFO) final mərhələsində iştirak hüququ əldə edib.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar